TƏNHALIQ
Bu gecədə tənhayamNəfəsimdə qızdırmaz
Bu soyuq divarları
Gecə tənhalıqda
Səsimdə özümə yad
Tənhalıqdan qaçıram
Səni mən çağırıram
Qayıdır səsim mənə
Hər şey özgələşibdir
Baxdığım o,güzgüdən
Yad gəlir əksim mənə.
Soyuq daş otaqlar
Mənlə yoldaşlıq edir
Mən dərdimi deyirəm
Boş otaqda gəzirəm
Mənim bu tənhalıqım
Məni dəli eyləyir
Hələ bu,azmış kimi
Otaq üstümə gəlir
Oda görüb halımı,
Görüb -görüb dinləmir,
Susub-susub o susur
Lal bir bütə bənzəyir
Susub cavabda vermir.
Baxıram şəkillərə
Baxıram rəsimlərə
Baxıram mən sənin
Əksin düşdüyü yerlərə
Gözlərim göz gəzdirir
Sən baxdığın yerlərə
Xəyyalara danıram
Səni yada salıram
Mən sənçün darıxıram
Siqaret tüstülənir
Gecənin tənhalıqı
Canıma qəst eyləyir
Sənsiz keçən hər günüm
Məni dəli eyləyir
Dözməyir buna halım
Damala -damla göz yaşım
Axıb intihar edir
Sevən ürək səsləyir
Daş otaqlar dinləmir
Bu necə sevgidir Allah
Məni sürgün eyləyir
Sənsiz keçən hər günüm
Məni dəli eyləyir
Sən gəzdiyin yerləri
İndi sənsiz gəzirəm
Budur pillələridə
İndi sənsiz gəzirəm
Tənhalıqdan yorulub
Tənhalıqdan qaçıram
Sən çıpdığın qapını
Məndə çırpıb çıxıram.
Şahmurad Şahmarbəyli
Hiç yorum yok:
Yorum Gönder