18 Nisan 2018 Çarşamba

TARİXİN İZİ İLƏ



                           ....BİR  ZİYALI  ÖMRÜ

  BİR ZİYALI  ÖMÜR

                                               

  Qədim Tarixə və təbii gözəliklərə  malik olan Lerik royonu və onun  Cəngəmiran kəndi ,hər zaman Alimləri,  Cənub zonasında ilk Genralarından olmuş ,Genral Ağacan bəy Nurullabəyov , Lənkaran qəzası sərhəd məsəlləri üzrə müfəttiş ,və  Lerik ( Züvand )  Vərgədüz ,Yardımlı mahalının Piristavı Palkovnik İbadulla Bəy Nurullabəyov , Azər.xalça İttifaqının sədiri, Azərbaycan Resbublikasının Nazirlər Kabenitinin "Təşkilat Şöybəsinin" müdürü Komissar  Mirələm Nurullabəyov , Filosov Rəşid Nurullabəyov və neçə -neçə elem xadimləri, Vətən yolunda canlarından keçən Şəhidləri  , Böyük vətən və Qarabağ iştirakçıları , Veteranlari ilə. Qurur duymuşdu. Və hər zaman bu şərəfli yolu getməkdədilər. Bu gün də  kəndin  Alimləri ,  dəyərli Elem xadimləri Dünyada və Azərbaycanda öz sözün deməkdədilər.  Cəngəmiran kəndinin ilk Huquqşunastı , Böyük vətən muharibəsinin veteranı , Rayonda bir çox məhsul vəzifələrdə çalışmış , ziyalı və şərəfli bir ömür yolu keçmiş  Babam  Nurxan Bəy Nurullabəyov haqqda " Tarixin İzi  İlə   " adlı  verlişimdə  yaşadığı ZİYALI ömrü və Tərcüməyi halı haqqında siz izləyəcilərin nəzərinə çatdırmaq istərdim .    Nurxan  Əşrəf  oğlu  Şahmarov .. 1920 ci ildə  Lerik rayonun Cəngəmiran kəndində anadan olmuşdu .  İlk təhsilinni Lerikdə  ...8- ci-  Sinifi  bitirdikdən sonra  isə Lənkaranda " Talış Pedaqoji Texnikumuna " daxil olmuşdu . Texnikumu bitirdikdən və  Ordu sıralarında  xidmət etdikdən sora. Bakı Ali Huquq məktəbin bitirmişdi . Uzun illər Maliyyə , Partiya və  s, sahələrdə məhsul vəzifələrdə çalışmışdı. Bakı şəhəri Əmirancan  kənd sakini Bakı Tibb Texnikumunun Fərqləmilə bitirən Mirzəyeva Leyla Xəlil qızı ilə ailə həyatı qurmuşdu. 1995 - ci ildə xanımı , 2005 ci ildə özü dünyasın dəyişmişdi. 

- Babam söylüyərdi "  Mən 8- ci- sinifi Lerik kəndində bitirdikdən sonra Lənkaran Talış Pedaqoji Texnikumuna oxumağa getdim . Həmin məktəbdə oxuyarkən məni hərbi çağırışa çağırdılar. Lerik rayonunda hərbi komisarlığ yox idi onun bir şöybəsi var idi  .Rayonmuzdan olan çağırışçıları həkim komisiyasından keçmək üçün Lənkarana aparırdılar . Məni də 1938- ci ildə çağırışa apardılar.Növbə ilə çağırışçıların adlarını çağırırdılar . Mənim növbə çatanda ,otağa daxil olarkən, komisiyanın sədri Rus zabiti idi. O, mənim şəxsi işim onun qabağında idi . Şəxsi işim üstünə qırmızı karandaşla yazılmışdı , "  Əmisi Nüsrət Bəy Nurullabəyov Siyasi Sürgün Olaraq Qazğıstana Göndərilib " Məni əsgər aparmağ istəmədilər belə vəziyyəti görüb mən çoox pis oldum və ondan dönə -dönə xaiş edərək Vətənə xidmət etmə istəyimi bildirdim , 

Mən Orduda Xidmər Etməy İstirəm !!!

- Bu vəziyyətim görən zabit qırmızı karandaşla yazılan yazının üstündən  xətt   çəkib 

MƏNİ ORDU SIRALARINA ÇAĞIRMAĞA  SƏRANCAM VERDİ !!!

Mən buna çox sevindim . Orta Asiya Səmərqənd şəhərində süvari-dağ plokunda xidmət etməyə başladım . Ordu sıralardan qayıdandan sonra Lerik rayonun Şingədilan kənd orta məktəbində hərbi müəllim, Mülkü -müdafiyə qərargah rəisi işlədim. Müharibə ilə əlaqədar olaraq Bakı şəhər Saliyan kazarmasında xidmət etməyə başladım . Daha sonra Lerikdə Mühavizə idarəsinin sədri vəzifəsində çalışmağa başladım .

       



   


1946 - ci ildə Bakı  Alı Huquq  Məktəbinə daxil oldum . Həmin məktəbi bitirəndən sonra rayonmuzun  bir sıra  idarələrində , partiya maliyyə  və s, idarələrdə məhsul vəzifələrdə çalıəşdım " 




 May ayın 10 - axşam saatlarında döğulduğu Cəngəmiran kəndində  yaşadığı  evində  vəfat edmişdi. həyatla vidalaşməşdı ..  " Xəlfə Zəkəriya" türbəsində torpağa tapşırılmışdı.   



Görkəmli   ziyalının müəllifi  olduğu  " Cəngəmiranlı Nurullabəyovlar Ailəsi "  adlı  kitab  və  təssuf ki,  ömür vəfa etmədiyiüçün nəşiri yarımçıq qalmışdı.  İnanırıq ki  ,  Bu kitab nəşirdən çıxıb qarşıdan gələn illərdə görkəmli ziyalının   100 ilik yubliyinə  və əziz xatirəsinə itaf edilərək həm ruhun şad etmiş olarıq , həm də  gənc  nəsilin maarifləşməsinə dərindən nail olarıq. 


repartiyor .  Şahmurad  Şahmarbəyli.  Lerik. Cəngəmiran k. 18.04.2018. il .

İstifadə edilən materelar.   FOT .   Şexsi arxiv.
Kitab :  Cəngəmiranlı Nurullabəyovlar Ailəsi.


1-ci b.uraxlış- 
ardı var.........


Hiç yorum yok:

Yorum Gönder

heyata sual

Dünya nədi Bu cahanda kainat Zaman nədi Bu ömürlə gedən vaxt Həyat nədi Mübarizə rəqabət Sınaq nədi Çətinliyə düşən vaxt Üm...